"Qarabağ"dan növbəti qələbə... İdman

"Qarabağ"dan növbəti qələbə...

Futbol üzrə Misli Premyer Liqasında XXX tura start verilib.

Xalqcebhesi.az xəbər verir ki, açılış oyununda “Qarabağ” “ASCO Arena”da autsayder “Səbail”in qonağı olub.

Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində qolları 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52, 65-ci dəqiqələrdə isə Leandro Andrade vurublar. Meydan sahiblərindən isə 72-ci dəqiqədə David Qomis fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 73-ə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir. “Səbail” isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.