
Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
12 Aprel 23:10
12 Aprel 23:10
12 Aprel 19:30
12 Aprel 17:10
19:45
Misli Premyer Liqasında növbəti qarşılaşma baş tutub.
Xalqcebhesi.az xəbər verir ki, XXX tur çərçivəsində “Turan Tovuz” öz meydanında “Sabah”ı qəbul edib.
Qarşılaşma meydan sahibinin qələbəsi ilə başa çatıb - 2:1.
Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Turan Tovuz" dördüncü pillədəki mövqeyini qoruyub. "Sabah" 36 xalla beşinci yerdədir.
Qeyd edək ki, ötən gün "Qarabağ" "Səbail"i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq.
***
Günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qəbələsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Şamaxı" yeddinci pilləyə yüksəlib. 29 xalı olan "Sumqayıt" səkkizinci sıraya düşüb.