"Sevilya" baş məşqçisini istefaya göndərdi İdman

"Sevilya" baş məşqçisini istefaya göndərdi

"Sevilya" baş məşqçisi Qarsiya Pimyentanı istefaya göndərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın XXXI turunda "Valensiya"ya 0:1 hesablı məğlubiyyəti ardıcıl 4-cü olub və baş məşqçi ilə yolların ayrılması qərara alınıb. 50 yaşlı mütəxəssis ötən yaydan komandanı çalışdırırdı. O, Əndəlus klubunun "sükanı arxasında" 34 oyun keçirib və bu görüşlərin cəmi 11-də qələbə qazanıb.

Qeyd edək ki, "Sevilya" 31 turdan sonra 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Q.Pimyenta “Sevilya”ya qədər İspaniyada “Las Palmas”ı və “Barselona”nın əvəzedicilərini çalışdırıb.