UEFA İnkişaf Turniri: Azərbaycan millisi bu gün Gürcüstanla qarşılaşacaq İdman

UEFA İnkişaf Turniri: Azərbaycan millisi bu gün Gürcüstanla qarşılaşacaq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, U-17 turnirdəki ikinci sınağında Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, millimiz turnirdəki ilk matçında Moldovaya 0:1 hesabı ilə məğlub olub. Növbəti oyun isə aprelin 19-da Estoniyaya qarşı olacaq.