

18 Aprel 19:52
Cari mövsümdə UEFA Çempionlar Liqasında (ÇL) ən çox pul mükafatı qazanan Fransanın PSJ klubu olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Football Meets Data” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, Paris klubu 119,4 milyon avro qazancla liderdir. ÇL-in digər yarımfinalçıları da ilk dördlükdə yer alıb.
Sonrakı yerləri “İnter” (118,1 milyon avro), “Arsenal” (117 milyon avro) və “Barselona” (116,6 milyon avro) tutur.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində PSJ. “Arsenal”, “İnter” və “Barselona” klubları yarımfinala vəsiqə qazanıb.