Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək rusiyalı idmançıların adları açıqlanıb İdman

Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək rusiyalı idmançıların adları açıqlanıb

UFC (Ultimate Fighting Championship) Bakıda keçiriləcək turnirdə iştirak edəcək rusiyalı idmançıların adlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Rusiya döyüş gecəsində iki kişi və iki qadın idmançı ilə təmsil olunacaq. Bunlar Taqir Ulanbekov, Rizvan Kuniyev, İrina Alekseyeva və Darya Jeleznyakovadır.

Turnirin əsas döyüşündə yarım ağır çəkidə keçmiş UFC çempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill 7-ci pillədəki Xəlil Raundtri JR ilə qarşılaşacaq.

Qeyd edək ki, döyüşlər iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.