

19 Aprel 19:22
19 Aprel 18:01
19 Aprel 17:57
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasının heyətində dubl müəllifi olub.
Xalqcebhesi.az “Report”a istinadən bildirir ki, qarşılaşma II Bundesliqanın XXX turuna təsadüf edib.
Doğma meydanda “Paderborn” kollektivini qəbul edən “Nürnberq”in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb. Qarşılaşmanı yüksək səviyyədə keçirən forvard 90+3-cü dəqiqədə növbəti dəfə rəqibin qapısına yol tapıb.
Bununla belə, 27 yaşlı hücumçunun qolları komandasına xal qazandırmayıb. Yekun nəticədə “Paderborn” 3:2 hesablı qələbəyə sevinib.
***15:50
Almaniya 2-ci Bundesliqasında 30-cu turunun matçları keçirilir.
Xalqcebhesi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” doğma meydanda “Paderborn” klubu ilə qarşılaşır.
Yığmamızın hücumçusu matçın 2-ci dəqiqəsində hesabı açıb.
Hazırda davam edən qarşılaşmada hesab 1:1-dir.
Qeyd edək ki, M.Emreli ötən tur da qolla yadda qalmışdı.