

UEFA Polşa "Legiya"sına azarkeşlərinin İngiltərənin "Çelsi" komandasına qarşı UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunundakı davranışları ilə əlaqədar iki cərimə tətbiq edib.
Xalqcebhesi.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Varşava klubu fanatların fişənglərdən istifadəsinə görə 80 min avro, yolverilməz şüarları ilə əlaqədar 20 min avro ödəyəcək.
"Legiya" avrokuboklardakı növbəti iki ev oyununu qismən qapalı tribunalar önündə keçirəcək.
Sloveniya təmsilçisi "Sele" isə 36 min avro ziyana düşüb. Klubun azarkeşləri eyni mərhələnin İtaliya "Fiorentina"sı ilə görüşündə pirotexnikadan istifadə edərək, meydana yad əşyalar atıblar.