"Sabah" finalda "Qarabağ"a rəqib oldu İdman

"Sabah" finalda "Qarabağ"a rəqib oldu

19:04

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ” finala yüksəlib.

Xalqcebhesi.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında Ağdam təmsilçisi “Araz Naxçıvan”ı 3:0 məğlub edib.

Komandaların ilk matçında Naxçıvan təmsilçisi qələbə qazanmışdı - 1:0.

"Qarabağ" həlledici mərhələdə "Sabah" - "Neftçi" cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün saat 20:00-da start götürəcək. Birinci oyunda "bayquşlar" "ağ-qaralar"ı 2:1 hesabı ilə üstələyiblər.

***

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin son oyunu keçirilib.

Günün ikinci matçında “Sabah” və “Neftçi” komandaları üz-üzə gəliblər.

“Bank Respublika Arena”da təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin qoluna 23-cü dəqiqədə Cesse Sekidika imza atıb. Qonaqlarda isə Emin Mahmudov 40-cı dəqiqədə fərqlənib.

Komandalar arasında keçirilmiş iki oyunun (2:1, 1:1) nəticəsinə əsasən “Sabah” finala vəsiqə qazanıb. “Bayquşlar” həlledici oyunda “Qarabağ”la qarşılaşacaq.

Final görüşü mayın 31-də reallaşacaq.