
Prezidentin Çinə səfərində 4 mühüm məqam – Tarixi həmlələr
23 Aprel 21:36
23 Aprel 21:36
23 Aprel 19:56
23 Aprel 19:33
23 Aprel 19:22
Bu gün UEFA-nın İstanbul nümayəndəliyi açılacaq.
Türkiyə Futbol Federasiyası (TFF) ilə UEFA arasında koordinasiyanı sürətləndirməyi hədəfləyən nümayəndəlik TFF Levent Kasrı binasında fəaliyyətə başlayacaq.
Xalqcəbhəsi.az “TRT Haber”ə istinadən bildirir ki, son illərdə bir çox beynəlxalq təşkilatlara ev sahibliyi edən İstanbul London və Brüsseldən sonra UEFA nümayəndəliyinin açıldığı daha bir şəhər olacaq.
İstanbul 2026-cı ildə UEFA Avropa Liqasının finalına və 2027-ci ildə UEFA Konfrans Liqasının finalına ev sahibliyi edəcək. Bundan əlavə, Türkiyə İtaliya ilə birgə 2032-ci ildə Avropa Futbol Çempionatını (EURO 2032) təşkil edəcək.
Qeyd edək ki, UEFA-nın İstanbul nümayəndəliyinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Bugünkü mərasimdə Ərdoğanla yanaşı, UEFA Prezidenti Aleksander Çeferin, idarə heyəti üzvləri və üzv ölkə federasiyalarının prezidentləri də iştirak edəcək.