

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Çinin Taiyan şəhərində keçirilən “Prezident Kuboku”nda bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rəqibinə uduzaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycanın 4 parataekvondoçu ilə təmsil olunduğu yarış “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.