

Avstraliyalı tennisçi Maks Pursel antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) məlumat yayıb. İdmançı 18 ay müddətində bütün yarışlardan uzaqlaşdırılıb.
Tennisçi 2023-cü ilin dekabrında iki dəfə 500 millilitrdən çox venadaxili infuziya aldığını etiraf edib.
Qeyd edək ki, Maks Purse iki dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.