Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
"Hazırda evdəyəm, səhhətim yaxşıdır. Amma hələ də karantindəyəm".
Bunu Türkiyə millisinin keçmiş qapıçısı Rüştü Rəcbər deyib.
Koronavirus pandemiyasına yoluxduğu üçün bir müddət xəstəxanada karantində olan Rəcbər hazırda evində təcrid vəziyyətində yaşayır. 47 yaşlı mütəxəssis açıqlamasında insanları diqqətli olmağa çağırıb: "Allaha şükür, sağlamlığımıza qovuşduq. Uzun bir müalicə dönəmi keçdi, indi çox yaxşıyam. Amma xalqıma səslənirəm ki, diqqətli olsunlar. Bununla zarafat etmək olmaz. Bu virus gənc-yaşlı dinləmir. Bu üzdən də tədbiri əldən verməyin, evdə qalın".
Qeyd edək ki, Rüştü Rəcbər ötən ilin oktyabrında Türkiyə Futbol Federasiyasının UEFA üzrə inkişaf koordinatoru vəzifəsinə təyin edilib.