Serbiyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib Dünya

Serbiyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Serbiyada keçirilmiş prezident seçkilərində hazırkı prezident Aleksandr Vuçiç səslərin 59,5 faizini toplayaraq birinci turda qalib gəlib.

Bu barədə ölkənin Respublika Seçki Komissiyası bildirib.

Bu saatadək səslərin 90 faizinin sayıldığı bildirilir.

İkinci yeri, Serbiya Baş Qərargahının sabiq rəisi Zdravko Ponoş tutub.