Təyyarəmiz "Pantsir"lə vurulub - "Röyters"
4 Fevral 22:45
Aprelin 4-də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu əlamətdar hadisə münasibətilə iki ölkənin liderləri Vladimir Putin və İlham Əliyev, habelə hökumət, parlament və xarici işlər nazirliklərinin rəhbərləri arasında təbrik mesajları mübadiləsi aparılıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Rusiya-Azərbaycan münasibətlərinin əldə edilmiş səviyyəsi yüksək qiymətləndirilib ki, bu da ikitərəfli əməkdaşlığın bütün sahələrində irəliləməyə imkan verir. Bildirilib ki, son otuz ildə birgə səylər nəticəsində Rusiya və Azərbaycan xalqları arasında çoxəsrlik dostluq ənənələrini qoruyub saxlamaq və möhkəmləndirmək mümkün olub.
Ali və yüksək səviyyədə intensiv siyasi dialoq davam etdirilir. İki ölkə arasında mövcud olan möhkəm müqavilə-hüquqi bazaya 150-dən çox dövlətlərarası və hökumətlərarası sazişlər daxildir. Bu, ticarət-iqtisadi, hərbi-texniki, parlamentlərarası, mədəni-humanitar və regional əlaqələrin mütərəqqi inkişafını təmin edir.
Rusiya Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında ticarət pandemiya çağırışlarına qarşı dayanıqlılıq nümayiş etdirdi və 2021-ci ildə böyüməyə davam etdi. Ticarət, nəqliyyat infrastrukturu, yüksək texnologiyalı sənaye sahələri, iqtisadiyyatın və turizmin səmərəliliyinin artırılması, innovativ inkişaf və rəqəmsal texnologiyalar sahəsi üzrə üzrə altı yol xəritəsinin daxil olduğu 2024-cü ilə qədər Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı fəal şəkildə həyata keçirilir. O cümlədən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çox səmərəli işləyir. Hazırda investisiya əməkdaşlığına, Rusiya və Azərbaycan şirkətlərinin iki ölkənin bazarlarında qarşılıqlı iştirakının genişləndirilməsi üçün şərait yaradılmasına xüsusi diqqət yetirilir.
Biz ümumi mədəni-humanitar məkan çərçivəsində əməkdaşlığı davam etdiririk. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və M.İ. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğrula fəaliyyət göstərir. MDBMİ ADA Universiteti (keçmiş Azərbaycan Diplomatik Akademiyası) ilə birlikdə magistratura proqramlarını həyata keçirir. Azərbaycanlı tələbələrin Rusiyada təhsil alması üçün kvota ildən-ilə artır. 2022-ci il martın 1-3-də Azərbaycanın Qusar rayonunda keçirilmiş Rusiya və Azərbaycanın Gənclər Təşəbbüslərinin I Forumu iki ölkənin gənclər və könüllü təşkilatları xətti ilə qarşılıqlı marağını təsdiqlədi.
Beynəlxalq məsələlərdə Moskva ilə Bakının mövqeləri yaxındır, ya da bir çox məsələlərdəüst-üstə düşür. Biz MDB çərçivəsində sıx əməkdaşlıq edirik, Avrasiya məkanında inteqrasiya prosesləri kontekstində qarşılıqlı fəaliyyət göstəririk. Beynəlxalq platformalarda, o cümlədən BMT və ATƏT-də ölkələrimiz ənənəvi olaraq bir-birini dəstəkləyir, irqçilik, ksenofobiya, neonasizmin, milli, dil və din zəminində ayrı-seçkiliyin istənilən təzahürlərindən qəti şəkildə imtina etdiklərini nümayiş etdirirlər. Rusiya və Azərbaycan da nasizmi tərənnüm etmək, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxmaq və tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı həmrəydirlər.