Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar təşkilatın Katibliyinin büdcəsinə məcburi ödənişlərin üzv dövlətlər arasında bölgüsü dəyişib.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Türk Dövlətləri Təşkilatı Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Maliyyə ili təqvim ilinin yanvar ayının 1-dən başlayan və dekabrın 31-də başa çatan vaxt müddətidir. Ödənişlər isə cari maliyyə ilində Katibliyin fəaliyyəti ilə bağlı xərclərin ödənməsi məqsədilə Tərəflər üçün müəyyən edilmiş məbləğlər deməkdir. Bundan əvvəl məcburi ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilmişdi:
Azərbaycan Respublikası - 2/15
Qazaxıstan Respublikası - 4/15
Qırğız Respublikası -1/15
Türkiyə Respublikası - 8/15
Layihəyə əsasən, Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilir:
Azərbaycan Respublikası - 2/18
Qazaxıstan Respublikası - 4/18
Qırğız Respublikası -1/18
Türkiyə Respublikası - 8/18
Özbəkistan Respublikası- 3/18.
Layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.