

Çində son sutkada koronavirusa 23 107 yoluxma faktə qeydə alınıb.
Bu barədə ölkənin səhiyyə komissarlığı məlumat yayıb.
Yoluxanlardan cəmi 1323 nəfərdə covid-19-un simptomları aşkar edilib. Sutka ərzində yoluxmuş şəxslərdən 39-u xaricdən gəlib. Simptimsuz yoluxma göstəricisinə görə Şanxay və Hebey əyalətləri üstünlük təşkil edir.