Türkiyə xüsusi xidmət orqanları təhlükəli PKK terrorçusunu saxlayıblar Dünya

Türkiyə xüsusi xidmət orqanları təhlükəli PKK terrorçusunu saxlayıblar

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatının xüsusilə təhlükəli üzvü Əbdülkərim Yılmazı saxlayıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorçu Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb və ölkəyə gətirilib.

2015-ci ildən axtarışda olan terrorçu Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Şemdinli rayonunda PKK/KCK-ya yardım etməkdə ittiham olunurdu.

O, axtarışa verildikdən sonra qanunsuz olaraq İraqa keçmişdi.