Rusiya “Sarmat” raketini sınaqdan keçirməzdən əvvəl ABŞ-ı xəbərdar edib - Pentaqon Dünya

Rusiya “Sarmat” raketini sınaqdan keçirməzdən əvvəl ABŞ-ı xəbərdar edib - Pentaqon

ABŞ Müdafiə Nazirliyi bildirib ki, Rusiya tərəfi "Sarmat" qitələrarası ballistik raketini sınaqdan keçirməzdən əvvəl Vaşinqtonu lazımi qaydada xəbərdar edib.

Trend bu barədə "Reuters" agentliyinə istinadla xəbər verir.

Pentaqon əlavə edib ki, ABŞ tərəfi bu buraxılışı təhlükə yaratmayan normal prosedur hesab edir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Arxangelsk vilayətindəki “Plesetsk” dövlət sınaq kosmodromunda “Sarmat” stasionar qitələrarası ballistik raketinin uğurlu buraxılışını həyata keçirilməsi ilə bağlı məlumat yaymışdır.