Aİ Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirib Dünya

Aİ Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Avropa İttifaqı Şurası Şimali Koreyanın sanksiya siyahısına səkkiz fiziki və dörd qurumu əlavə etdiyini açıqlayıb.

Bu barədə Şuranın dərc olunan kommünikesində bildirilib.

"Bu məhdudlaşdırıcı tədbirlərə (Aİ ölkələrinə) səyahət qadağası, aktivlərin dondurulması və bu siyahıdakı şəxslərə vəsait və ya iqtisadi resursların verilməsinə qadağa daxildir," - deyə qeyd olunub.