Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki T-38 Talon təlim təyyarəsi rabitə problemləri səbəbindən sinxron eniş zamanı toqquşub.
Trend "Air Force Magazine"ə istinadən xəbər verir ki, bu nəticəyə Hərbi Hava Qüvvələrinin Qəzaların Araşdırması Şurası gəlib.
Nəşr Şuranın 2021-ci ilin noyabrında Texasdakı Laflin Hərbi Hava Qüvvələri bazasında baş vermiş insidentin araşdırılması ilə bağlı hesabatına istinad edir. Katapult zamanı toqquşma nəticəsində 23 yaşlı kursant Entoni Vents dünyasını dəyişib.
Şura iki təyyarə arasında eniş zamanı əlaqənin kəsildiyini, ona görə də enişin sırası ilə bağlı razılığa gələ bilmədiklərini müəyyən edib. Nəticədə faktiki olaraq bir təyyarə digərinin üzərinə enib.