Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Ermənistanda daim siyasi opponentlərə qarşı repressiyalar, qətllər və digər zorakı hərəkətlər həyata keçirilib. Paşinyan hakimiyyəti dövründə də bu “ənənə” davam edib, yəni hakimiyyəti saxlamaq üçün siyasi opponentlərə qarşı istənilən zorakı hərəkətlər həyata keçirilir, hətta lazım gəldiyi zaman siyasi opponentlər qətlə belə yetirilir.
Paşinyan hakimiyyəti də öz sələflərinin zorakı metodlarından istifadə etməyə çalışır və bunu uğurla icra edir. Belə ki, Paşinyan uzun dövr ərzində siyasi opponentlərə genişmiqyaslı təzyiqlər, zorakılıq metodlarından istifadə etdi. Vaxtilə hakimiyyətdə olmuş şəxslər, onların yaxınları həbs olundu, etiraz aksiyaları qəddar şəkildə dağıdıldı, tənqidçi media susduruldu, kütləvi həbslər həyata keçirildi.
İndi isə Paşinyanın siyasi opponentləri, hakimiyyəti tənqid edən şəxslər sadəcə güllələnir.
Belə ki, Ermənistanın Araqatsotn vilayətində hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin qohumları Paşinyanı təhqir etdiklərinə görə gənclərə atəş açıb.
Qeyd olunur ki, partiyadan olan deputat Matevos Asatrayanın və Araqatsotn vilayətinin qubernator müavini Edqar Parvanyanın qohumları bir neçə nəfərə “Kalaşnikov” avtomatından atəş açıb. Məlumata əsasən, bir nəfər ölüb, yaralananlar var.
Bu, bir daha onu göstərir ki, Paşinyan və komandası iqtidara xalqın dəstəyi ilə gəlməyib və özü haqqında yaratdığı demokrat imici həqiqətə uyğun deyil.
Lakin qəribədir ki, Paşinyan bu qədər zorakılıqdan sonra beynəlxalq təşkilatların diqqətindən yayınmağı da bacarır.
Təsəvvür etmək çətin deyil ki, belə hal Azərbaycanda baş versəydi, Qərbin müəyyın dairələrinin göstərişi ilə beynəlxalq hüquq-müdafiə təşkilatları, mediası, ayrı-ayrı ekspertlər Azərbaycana qarşı necə şiddətli qara piar kampaniyası həyata keçirməyə başlayacaqdılar.
Ancaq Qərb demokratik hesab etdiyi Paşinyan hakimiyyətinin öz tənqidçilərini qətllərlə aradan götürməsinə belə heç bir reaksiya vermir. Bu, ikili standartların, ədaləysizliyin və ikiüzlülüyün bariz nümunəsidir.