Muzdlu ordu
11:16
NATO bazalarının Finlandiya və İsveçdə yerləşdirilməsi bu ölkələrin sakinlərini zərbə altında qoyacaq.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dumasının spikeri Vyaçeslav Volodin açıqlama verib.
Onun fikrincə, hərbi bazalar bu ölkələri müdafiə etməyəcək, əksinə hərbi infrastrukturun yerləşdiyi ərazilər zərbə təhlükəsi altında olacaq.