![“Birləşmiş Ştatlar daxilində başlayan proses Avropa İttifaqına da keçəcək”](https://xalqcebhesi.az/media/2024/09/18/225x136/ali.jpg)
![“Birləşmiş Ştatlar daxilində başlayan proses Avropa İttifaqına da keçəcək”](https://xalqcebhesi.az/media/2024/09/18/225x136/ali.jpg)
“Keçmiş Baş nazir Sindzo Abenin vəziyyəti kritikdir, həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edir”.
APA xəbər verir ki, bunu Yaponiya Baş naziri Kişida Fumio deyib.
“Mən ümid edirəm və dua edirəm ki, o, sağ qalacaq. Biz motivləri və detalları bilmirik, polisin araşdırmasını gözləməliyik. Qətiyyətlə vurğulayıram ki, belə barbar hücumlara dözüm göstərmək olmaz, biz hökumət olaraq əlimizdən gələni edəcəyik”, - Baş nazir vurğulayıb.
Kişida qeyd edib ki, bu sui-qəsdin siyasi təsirləri barədə danışmaq tezdir və bu məsələ hökumət kabinetinin iclasında müzakirə olunacaq: “Təbii ki, hökumət istənilən ssenarini gözləyir və bu ssenarilərə hazır olacaq. Hökumət kabinetinin üzvlərinə göstəriş verilib ki, toplantı üçün Tokioya toplaşsınlar. Biz reallıqları nəzərə almalı, vacib adekvat cavablar verməliyik”.
***
09:13
Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe vəfat edib.
APA xəbər verir ki, bu barədə Britaniyanın maliyyə naziri Nadim Zahavi "Twitter"də bildirib.
“Yaponiyadan ürək ağrıdan xəbər gəldi. Baş nazir Sindzo Abe açılan atəş nəticəsində dünyasını dəyişib. Biz siyasətə xidmət etmək və dünyanı daha yaxşı bir yerə çevirmək üçün qoşuluruq, yaxşı insan bu nəcib məqsəd uğrunda həyatını itirdi. Əbədi hüzur içində yatsın”, - nazir qeyd edib.
***
08:55
Yaponiyanın keçmiş Baş naziri Sindzo Abeni güllələyən şəxsin kimliyi müəyyənləşib.
APA-nın NHK telekanalına istinadla məlumatına görə, o, Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir.
***
08.26
Sindzo Abenin vəziyyəti barədə ziddiyyətli xəbərlər yayılır.
APA-nın xəbərinə görə, NHK televiziyası bildirir ki, Abenin ürəyi dayanmış vəziyyətdədir, həyat əlaməti yoxdur.
AFP siyasətçinin həyatla ölüm arasında olduğu haqda məlumat verib.
***
07.57
Yaponiya hökuməti Sindzo Abeyə sui-qəsdlə bağlı böhran qərargahı yaradıb.
APA-nın xəbərinə görə, Baş nazir Fumido Kisida Yamaqata prefekturasına səfərini yarımçıq qoyaraq paytaxt Tokioya qayıdıb. O, qərargaha rəhbərlik edir.
***
07.24
Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
APA-nın “Bloomberg“ə istinadla xəbərinə görə, hadisə Nara şəhərində baş verib.
Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Şahidlərin dediyinə görə, iki atəş səsi eşidilib.
Hücumda şübhəli bilinən şəxsi polis saxlayıb.