İspaniya və Portuqaliyaya yenidən anomal istilər qayıdıb Dünya

İspaniya və Portuqaliyaya yenidən anomal istilər qayıdıb

İspaniya və Portuqaliyada yüksək temperatur qeydə alınıb, həftə sonuna qədər anomal istilər gözlənilir. Meteoroloqlar meşə yanğınlarının başlaması və yayılması təhlükəsi barədə xəbərdarlıq edib.

Bu barədə "Associated Press" agentliyi xəbər verib.

İyulun 13-14-də Portuqaliyanın Alenteju vilayətində havanın temperaturunun 46 dərəcəyə çatacağı gözlənilir.
İspaniyada, Kordoba və Sevilyada havanın temperaturu 42 dərəcəyə qədər yüksələcək, eyniadlı əyalətin paytaxtı Pontevedrada isə temperatur 41 dərəcəyə yüksələ bilər.