Latviyanın baş naziri koronavirusa yoluxub Dünya

Latviyanın baş naziri koronavirusa yoluxub

Latviyanın baş naziri Krişyanis Karinş koronavirusa yoluxub.

Bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, verdiyi COVID-19 testi müsbət nəticələnib.

Baş nazirin özünü yaxşı hiss etdiyini, özünütəcrid rejimində işini davam etdirdiyini qeyd edib.