Rusiyanın beynəlxalq ehtiyatları 14 milyard dollardan çox azalıb Dünya

Rusiyanın beynəlxalq ehtiyatları 14 milyard dollardan çox azalıb

Ötən həftə Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 14,1 milyard dollar azalaraq 572,7 milyard dollar təşkil edib.

Bu barədə Rusiya Mərkəzi Bankının hesabatında deyilir.

Qeyd olunur ki, həftəlik azalma 2,4 faizə bərabər olub.
2022-ci il iyulun 1-nə olan vəziyyətə görə, Rusiyanın beynəlxalq ehtiyatları 586,8 milyard dollar təşkil edirdi.