Donald Trampın birinci həyat yoldaşı vəfat edib Dünya

Donald Trampın birinci həyat yoldaşı vəfat edib

ABŞ-ın sabiq prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 74 yaşında vəfat edib.

Bu barədə "ABC" televiziya kanalı xəbər verib.

"İvana Tramp Nyu Yorkdakı evində dünyasını dəyişib. O, gözəl və ruhlandırıcı bir həyat yaşayan gözəl, gözəl və inanılmaz bir qadın idi", - deyə D.Tramp öz "Truth Social" sosial şəbəkəsində yazıb.
İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar. Cütlüyün birlikdə üç övladı var: Kiçik Donald, İvanka və Erik Tramp.