Meksikada fabrikdə partlayış olub Dünya

Meksikada fabrikdə partlayış olub

Meksikanın mərkəzindəki Puebla ştatında tibbi avadanlıqlar istehsalı üzrə fabrikdə güclü partlayış baş verib.

Bu barədə regional xilasetmə xidmətinin "Twitter" səhifəsində bildirilib.

Məlumata əsasən, partlayış nəticəsində fabrikin 1 işçisi həlak olub, daha 12 işçi isə xəsarət alıb.
"San-Fransisko-Totimeuakan rayonundakı fabrikdə baş verən partlayışdan sonra yekun hesablamaya görə, 12 nəfər yaralanıb, 1 nəfər ölüb. Təcili xidmətlər dağıntıları təmizləməyə davam edir", - deyə paylaşımda deyilir.

Partlayış səbəbi hələ məlum deyil.