Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Ermənistanın eks-prezidenti Robert Köçəryan səhhəti ilə əlaqədar məhkəmə iclasına gəlməyib.
"Xalq Cəbhəsi" Ermənistan mətbuatına istinadən xəbər verir ki, keçmiş dövlət başçısının vəkili Hayk Alumyan hakim Anna Danibekyana tibbi arayış təqdim edib.
"Müalicə nə qədər davam edəcək?" hakim soruşdu.Cavabında Alumyan Köçəryanın səhhətinin vəziyyəti ilə bağlı hakimi daha ətraflı məlumatlandırmaq zərurəti yarandığından görüşün qapalı formatına keçirilməsini xahiş edib.
Bundan sonra Danibekyan media nümayəndələri də daxil olmaqla görüşdə iştirak etməyən bütün vətəndaşlardan zalı tərk etməyi xahiş edib.
Xatırladaq ki, Ermənistanın eks-prezidenti Robert Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorqyan eyni cinayət işi üzrə təqsirləndirilir. Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.
Cavid