Aİ Rusiyaya sanksiyalarının vaxtını uzadıb Dünya

Aİ Rusiyaya sanksiyalarının vaxtını uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılması qərarını təsdiqləyib. "Xalq Cəbhəsi" xəbər verir ki, Aİ Şurasının müvafiq qərarı “Avropa İttifaqının rəsmi jurnalı”nda dərc olunub. “Məhdudlaşdırıcı tədbirlər 2024-cü il fevralın 24-dək uzadılmalıdır”, - deyə məlumatda bildirilir. Qeyd olunur ki, qərar Avropa İttifaqının Rəsmi Jurnalında dərc edildikdən ertəsi gün qüvvəyə minir.

Aİ Xarici Xidmətinin məlumatına görə, hazırda 1386 fiziki şəxs və 171 şirkət Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısındadır.

Cavid