Latviya prezidenti Ukraynanı NATO-da görür Dünya

Latviya prezidenti Ukraynanı NATO-da görür

Latviya prezidenti Egils Levits deyib ki, Ukrayna Şimali Atlantika Alyansının üzvlərindən biri olmalıdır. "Xalq Cəbhəsi" Unian.net-əistinadən xəbər verir ki, o, bu fikirləri Azad Avropa/Azadlıq Radiosuna müsahibəsində deyib.

Ukrayna ordusunun gücünü qeyd edən jurnalistin sualını cavablandıran Levits qeyd edib ki, Ukraynanın NATO-ya qəbulu indi baş verməyəcək.

"Düşünürəm ki, müharibədən sonra bu müzakirə yenidən davam edəcək. Mən Ukraynanı həqiqətən NATO-ya üzv dövlət kimi görürəm, çünki sizin haqlı olaraq dediyiniz kimi, dünyanın ən yaxşı ordularından birinə sahib olacaq və bu, NATO-nun gücünə real töhfə olacaq”, - Levits bildirib. Cavid