ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Mixeil Saakaşviliyə siyasi məhbus münasibəti göstərilməsi Avropa Parlamentində mövcud olan korrupsiya problemlərini göstərir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib. O, sabiq Prezident Mixeil Saakaşvilinin siyasi məhbus olmadığını, cinayətkar olduğunu vurğulayıb.
“Bizim üçün bu əlbəttə ki, son dərəcə qəbuledilməzdir, Mixeil Saakaşvili ən ciddi cinayətlərə görə həbs edilmiş cinayətkardır”, - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, bu gün Avropa Parlamentində “Öldürülməsi əmr edilmiş siyaasi məhbuslar: Vladimir Kara-Murza, Mixeil Saakaşvili, Aleksey Qorinov” adlı debat keçiriləck.