Avropa Komissiyası Polşadan 174 milyon avro cərimənin ödənilməsini tələb edib Dünya

Avropa Komissiyası Polşadan 174 milyon avro cərimənin ödənilməsini tələb edib

Polşa Avropa Məhkəməsinin ölkədə aparılan məhkəmə islahatları ilə bağlı qərarlarına əməl etmədiyinə görə Avropa Komissiyasına 174 milyon avro cərimə ödəməlidir.

Bu barədə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib.

KİV-in məlumatına görə, bu vəsaitlər ölkəyə Avropa fondlarından ayrılan vəsaitlərdən çıxılacaq. Varşava cərimələri ödəmək fikrində olmadığı üçün belə tədbirlər tətbiq olunacaq.