Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Son 20 il ərzində Prezident Putin Rusiya ordusunun modernləşdirilməsi üzərində işlədi. Moskva tez-tez iddia edirdi ki, Rusiya ordusu dünyanın ikinci ən güclü ordusuna sahibdir və əksəriyyət də buna inanırdı.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Helsinkidə finlandiyalı siyasi ekspertlərin qarşısında Ukrayna müharibəsi mövzusunda çıxış edərkən deyib.
Blinkenin sözlərinə görə, bu gün bəlkə də həmin əksəriyyət Rusiya ordusunu yenə də ikinci ən güclü ordu kimi görür, lakin “Rusiyanın silah-sursatı, orduda idarəçilik, strategiya, əhval-ruhiyyə, uğursuzluqlar - bütün bunlar hamısı araşdırma mövzusudur”.
ABŞ dövlət katibi qeyd edib ki, son altı ay ərzində Rusiyanın itkiləri 100 mindən çox qiymətləndirilir.
“Eyni zamanda, ABŞ, Avropa və digər tərəfdaşların tətbiq etdiyi sanksiyalar Rusiyanın müharibə maşınına, müdafiə sənayesinə çox ağır təsir edib”, - Blinken əlavə edib.