

11 Mart 22:49
Ukraynanın hərbi kəşfiyyatı Rusiya Federasiyasında “çirkli bomba”dan istifadə etməklə terror aktları planlaşdırır.
"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə TASS-a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının beynəlxalq terror aktlarının planlaşdırılması və hazırlanmasında iştirakı ilə bağlı əlavə məlumatlar əldə edib.
“2023-cü ilin mayında İvanovo vilayətindəki Severnı aerodromunda yerləşən uzaqmənzilli təyyarənin partladılması planlaşdırılan təxribatın təhqiqatı zamanı bu hadisənin ssenarisində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əli olduğu məlum olub”.
Cavid