Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası və bu hissədə hərəkətin təşkilini müzakirə ediblər.
Trend xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 3 iyunda Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı hər 3 ölkənin Baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun növbəti iclası konstruktiv şəraitdə keçib. Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili istiqamətində konkret addımların atılması ilə bağlı ümumi anlaşma əldə olunub.