Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Türkiyədə 2022-ci ildə kitabxanaların sayı 43,4% artaraq, 49 min 537-ə çatıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Statistika İnstitundan (TÜİK) bildirilib.
Statistikada qeyd olunub ki, kitabxanaların əsasını 1 Milli Kitabxana, 1257 kütləvi kitabxana, 625 universitet kitabxanası, 47 min 654 formal və qeyri-formal təhsil müəssisələrinin kitabxanası təşkil edir.
Bundan əlavə, 2022-ci ildə kitabların sayında da 14,5% artım müşahidə olunub. Milli Kitabxanada kitabların sayı 5,6% artaraq 1 milyon 632 min 589 ədədə, universitet kitabxanalarında 4,6% artaraq 21 milyon 98 min 691, kütləvi kitabxanalarda 3,3% artaraq 23 milyon 91 min 168, formal və qeyri-formal təhsil müəssisələrinin kitabxanalarında isə 28,1% artaraq 43 milyon 971 min 809 ədədə çatıb.
Məlumata görə, Milli Kitabxanadan yararlananların sayı 125,7% artaraq 405 min 584, kitabdan kənar materiallarının sayı isə 2,5% artaraq 200 min 453-ə çatıb. Türkiyədə 475-i dövlət universiteti, 150-si isə vəqf universiteti olmaqla ümumilikdə 625 universitet kitabxanasının olduğu müşahidə edilib. Universitetlərin kitabxanalarındakı elektron kitabların sayı 2,6% artaraq 95 milyon 947 min 266 ədəd olub. Universitetdə qeydiyyatdan keçən üzvlərin sayı 9,5% artaraq 3 milyon 986 min 831 olduğu halda, kitabdan kənar materialların sayı 13,4% artaraq 1 milyon 527 min 650-yə çatıb.
İnstitutdan verilən məlumatda qeyd olunub ki, kitabxanalardan istifadə edənlərin sayı 70,8 % artaraq 26 milyon 788 min 378 nəfərə, kitabxanalarda qeydiyyatdan keçmiş üzvlərin sayı isə 13,7% artaraq 5 milyon 568 min 283 nəfərə, götürülmüş materialların sayı isə 26,7% artaraq 9 milyon 476 min 748-ə çatıb.