Makron yeni naziri işdən çıxarıb Dünya

Makron yeni naziri işdən çıxarıb

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda təyin edilən təhsil naziri Ameli Udea Kasteranı istefaya göndərib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Makron Kasteranı Nikol Belube ilə əvəz edib.
Qeyd edək ki, Kastera vəzifəyə gəldikdən sonra övladlarının özəl məktəbdə təhsil almasını dövlət məktəbinin vaxt itkisi olduğu ilə əsaslandırıb. O, bu fikrinə görə sərt tənqidlə üzləşib.