Türkiyə Müdafiə Nazirliyindən “Üçüncü Dünya Müharibəsi” mesajı: “Biz istənilən ssenariyə hazırıq” Dünya

Türkiyə Müdafiə Nazirliyindən “Üçüncü Dünya Müharibəsi” mesajı: “Biz istənilən ssenariyə hazırıq”

Türkiyənin Milli Müdafiə Nazirliyi növbəti mətbuat konfaransı keçirib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konfransda Milli Müdafiə Nazirliyinin mətbuatla əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk son məlumatı paylaşıb. O, üçüncü dünya müharibəsi riskinə də toxunub: “Birinci və ikinci dünya müharibələrində olduğu kimi, üçüncü dünya müharibəsi riskinin olub-olmadığını soruşsanız, bu, əlbəttə ki, bir ehtimaldır. Nazirlik olaraq, müdafiə və təhlükəsizliyimizlə bağlı qiymətləndirmələrimizi edir və bütün planlarımızı yeni qiymətləndirmələr işığında edirik”.