"ABŞ real sülhdə maraqlıdır" Dünya

"ABŞ real sülhdə maraqlıdır"

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Azərbaycana səfər etməzdən əvvəl Ermənistanda oldu. Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında vasitəçiliy həyata keçirməyə çalışır. Qeyd edim ki, ABŞ hərbi eskalasiyada maraqlı deyil və iki ölkənin tezliklə sülh əldə edilməsində səylərini artırır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, C.Obrayenn Azərbaycanda aparacağı danışıqlar əsasən Ermənistanla sülh danışıqlarının detalları və tezləşdirilməsi, həmçinin Zəngəzur dəhlizinin açılması perspektivlərini müzakirəsi ilə bağlı olacaq. Azərbaycan Fransanı neytrallaşdırmaq üçün ABŞ -la ikitərəfli əlaqələri möhkəmləndirməlidir. Fransadan fərqli olaraq ABŞ real sülhdə maraqlıdır və Zəngəzur dəhlizinin açılmasının labüdlüyünü qəbul edib: "Əvvəllər, Vaşinqton bu dəhlizə qarış idi. Azərbaycanın alternativ olaraq İranla Araz vadisindən yol çəkilişini razılaşdırması, Vaşinqtonun Zəngəzur dəhlizinin razılaşmasına, Yerevanı da prosesə razılıq verməyə sövq edib" .

Cavid