“Türk Silahlı Qüvvələri FETÖ ilə mübarizədə ən həssas qurumlardan biridir” Dünya

“Türk Silahlı Qüvvələri FETÖ ilə mübarizədə ən həssas qurumlardan biridir”

“FETÖ ilə mübarizəmiz həssaslıqla, yeni məlumatlar və sənədlər işığında davam edir”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Milli Müdafiə Nazirliyinin mətbuatla əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi mətbuat konfransında deyib: “Bu davamlı bir proses olduğundan, prokurorlar, kəşfiyyat bölmələri məlumat və sənədlərin haradan gəldiyini qiymətləndirdikdən sonra tədbir görürlər. Türk Silahlı Qüvvələri FETÖ ilə mübarizədə ən həssas qurumlardan biridir, çünki bu vəziyyətdən ən çox əziyyət çəkən qurum Türkiyə Silahlı Qüvvələridir. Bu səbəbdən də yeni məlumatlar, sənədlər çıxana qədər mübarizəmiz davam edəcək”.