“Son iki həftədə 89 terrorçu zərərsizləşdirilib” Dünya

“Son iki həftədə 89 terrorçu zərərsizləşdirilib”

“Şimali İraq və Suriya da daxil olmaqla, son iki həftədə 89 terrorçu zərərsizləşdirilib”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Milli Müdafiə Nazirliyinin mətbuatla əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi mətbuat konfransında deyib: “Beləliklə, 2024-cü il yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 1270-ə çatıb. İraqın şimalındakı sığınacaqlarından qaçan daha 5 PKK terrorçusu Haburdakı Sərhəd Mühafizə Məntəqəmizə təslim olub”.