“Türkiyə sərhədlərini qeyri-qanuni yollarla keçməyə çalışan 486 nəfər tutulub” Dünya

“Türkiyə sərhədlərini qeyri-qanuni yollarla keçməyə çalışan 486 nəfər tutulub”

“Son iki həftədə Türkiyə sərhədlərini qeyri-qanuni yollarla keçməyə çalışan 486 nəfər tutulub”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Milli Müdafiə Nazirliyinin mətbuatla əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi mətbuat konfransında deyib: “2 min 581 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. Tutulan şəxslərdən 16-sı terror təşkilatının üzvüdür. Yanvarın 1-dən etibarən sərhədlərimizi qanunsuz keçməyə cəhd edənlərin sayı 5 min 215-ə yüksəlib. Sərhədi keçməzdən əvvəl bloklananların sayı 62 min 217 nəfər olub”.