Tambov vilayətindəki neft bazasında yanğın Dünya

Tambov vilayətindəki neft bazasında yanğın

Tambov vilayətindəki neft bazasında yanğın baş verib, o, artıq lokallaşdırılıb və tələfat yoxdur.

Bu barədə Tambov vilayətinin başçısı Maksim Eqorov Telegram kanalında məlumat verib.

“Bu gün Moskva vaxtı ilə saat 04:35-də Tambov vilayətinin Miçurin şəhəri ərazisində PUA-nın neft bazasına düşməsi qeydə alınıb, nəticədə yanğın baş verib" - o yazıb.

Eqorovun sözlərinə görə, dərhal hadisə yerinə gələn 11 yanğınsöndürmə briqadası söndürmə işlərinə cəlb olunub.

O qeyd edib ki, ən yaxın məskunlaşan ərazi 3 km məsafədədir və lazım gələrsə, sakinlər təxliyyə olunacaq: "Hər şey nəzarət altındadır".

Cavid