G7-nin Kiyevə 50 milyard dollar kreditin ayırması təxirə salınıb Dünya

G7-nin Kiyevə 50 milyard dollar kreditin ayırması təxirə salınıb

Avropa İttifaqı sammitində Rusiyanın aktivlərindən əldə olunan gəlirlərdən istifadə etməklə G7-nin Kiyevə
50 milyard dollar kreditinin ayrılması ilə bağlı tədbirlər haqqında razılıq əldə olunmayıb, müzakirələr yaxın həftələrdə davam edəcək.

Bu barədə Aİ sammitinin yekun mətbuat konfransında Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

“Böyük yeddilikdə biz Ukraynaya daha 50 milyard dollar ayıracağımıza söz vermişik, mən əminəm ki, yaxın həftələrdə Ukraynaya bu yardım paketini təqdim etmək üçün mühüm qərarlar qəbul edəcəyik”.

Öz növbəsində, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynaya bu kredit çərçivəsində ilk pulu “ilin sonuna qədər” verməyə ümid etdiyini bildirib.

Cavid