Bastrıkin Rusiyada ölüm hökmünün bərpa olunmasını təklif edib Dünya

Bastrıkin Rusiyada ölüm hökmünün bərpa olunmasını təklif edib

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ölüm hökmünün bərpa olunması imkanlarını nəzərdən keçirməyi təklif edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın dövlət KİV-i məlumat yayıb.

Bildirilib ki, Bastrıkin ölüm hökmünə qoyulan moratoriumun ləğvi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Qeyd edək ki, 1997-ci ildə Rusiya Federasiyasında ölüm hökmü ləğv edilib.