Yaponiya sahillərində güclü zəlzələ baş verib Dünya

Yaponiya sahillərində güclü zəlzələ baş verib

Yaponiya sahillərində güclü zəlzələ baş verib, insan tələfatı və dağıntılar barədə isə məlumat yoxdur.

APA xəbər verir ki, Aralıq dənizi Seysmoloji Mərkəzi Yaponiya sahillərində 5,3 bal gücündə zəlzələnin qeydə alındığı ilə bağlı məlumat yayıb.

Məlumata görə yeraltı təkanların episentri təxminən 791 min nəfər əhalisi olan Hamamatsu şəhərindən 901 km cənub-şərqdə yerləşib.

Zəlsələnin mənbəyi 472 km dərinlikdə olub.