Qərb Rusiyanın parçalanmasına ehtiyatlı yanaşır Dünya

Qərb Rusiyanın parçalanmasına ehtiyatlı yanaşır

Qərb Rusiya qarşıdurmasının açıq hərbi fazasının Ukraynada getdiyinə artıq heç bir şübhə qalmayıb, hərçənd ki, Rusiya ilk gündən Ukraynaya hücumunu Qərbin ona qarşı yeritdiyi siyasətə və təhlükəsizliyinə təhdidə cavab olaraq hərəkətə keçdiyini bildirmişdi.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, əsasən 2024-cü ilin əvvəlindən Ukraynanın Rusiyaya qarşı müqavimətinin zəifləməsi və Rusiyanın irəlliləməsi fonunda, Ukraynanın Rusiya ilə danışıqlara getmə ehtimalının yüksəlməsi, Qərbi Ukraynanı hücum silahları ilə təmin etməyə, eləcə də müasir Qərb silahları ilə Rusiya ərazilərinin vurulmasına icazənin verilməsi dünyada vəziyyəti çox gərginləşdirib. Rusiyanın son günlər tez-tez nüvə silahından istifadə ritorikası nüvə müharibəsi təhlükəsini artırıb. Əslində nüvə silahından istifadəni tam istisna etmək mümkün olmasa da, nüvə silahının tətbiqinə inam azdır:

"Əlbəttə ki, Rusiya nüvə silahı ritorikasından daha çox istifadə etsə də, Qərbin birinci bu siyahdan istifadəsi ehtimalı da var. Əgər, Qərbin Rusiya ilə bağlı planları məcradan çıxarsa və Rusiyanın Ukraynada qələbəsi reallaşdığı anda Qərb nüvə silahından da belə istifadə etmək olsa Rusiyanı dayandırmaq qərarı verə bilər. Ancaq, ABŞ-da prezident seçkilərindı Donald Trampın qələbə qazanarsa belə bir dünyəvi təhlükənin zəifləmə ehtimalı çoxdur. Hal-hazırda dünyada gedən bütün qarşıdurmalar bir-birilə bağlı nəhənglərin böyük bölgü prosesinin elementləridir. Yeri gəlmişkən, İsraril - Həmas müharibəsi də sözü gedən qarşıdurmaya təsir etdirmək üçün uzadılır".

Politoloqun fikrincə, maraqlı məqamlardan biridə budur ki, Rusiya və İran bu savaşda məhz region dövlətləri ilə eyni cəbhədir. Çinlə münasibəti normal ölkələr belə Çindən ehtiyat edirlər və Çinin, Hindistanın inkişafının qarşısını almaq artıq dünyanın digər hissəsi üçün zərurətdir. Qərbin Rusiya ilə mübarizəsi ilə fərqdə Çinin dayandırılması müəyyən mənada daha çətindir. Rusiyanın məğlubiyyətindən, ehtimal parçalanmasından daha çox Çinin qazanacağı şübhəsizdir. Bu halda Çinin daha da güclənçəsi və dünyayaya hökmranlığı təbii prosesə çevrilə bilər. Məhz bu səbəblərdən biri olaraq, Rusiyanın hərbi məğlubiyyəti planlarda olmasına baxmayaraq, Qərb onun parçalanmasına ehtiyatlı yanaşır:

"Böyük bölgü prisesində Azərbaycanın təhlükəsizliyi paralel olaraq Türkiyə, Böyük Britaniya ilə birlik kontekstində daha efektli ola bilər. Əlbəttə ki, bu birliyə diğər türk, bəzi İslam dövlətləri də daxildir. Bu birlik artıq özünün yeni güc mərkəzi olduğunu qəbul etdirə bilib".

Cavid