Ərdoğan iki naziri dəyişib Dünya

Ərdoğan iki naziri dəyişib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncamla iki naziri dəyişib.

Rəsmi hökumət qəzeti “Resmi gazete”də dərc olunan sənəddə qeyd edildiyi kimi, Fahrettin Kocanın yerinə Kamal Memişoğlu ölkənin Səhiyyə Nazirliyinə rəhbər təyin edilib. Mehmet Özhasekinin yerinə artıq 2018-2023-cü illərdə bu vəzifəni icra edən Murat Kurum Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri olub. Koca və Özhaseki daha əvvəl istefalarını prezidentə təqdim ediblər. Özhaseki qərarını səhhətində yaranan problemlərlə əsaslandırıb.

Türkiyədə mart ayında keçiriləcək bələdiyyə seçkilərindən sonra bəzi nazirlərdə dəyişiklik gözləntiləri artıb. Hakim partiyanın rəsmiləri və funksionerləri rəhbərliyin belə planlarının olduğunu bildiriblər.

Cavid